Coca-Cola İçecek-dən qız mühəndis tələbələrə “Women Scholarship” proqramı
CCI Azərbaycan son kurs qız mühəndislik tələbələri üçün “Women Scholarship” elan edib: təqaüd və Supply Chain komandasında təcrübə. Müraciət şirkətin karyera saytında.

Mühəndislik oxuyan qız tələbəsən və karyerana beynəlxalq şirkətdə başlamaq istəyirsən? Coca-Cola İçecek (CCI) Azərbaycan “Women Scholarship” proqramına qəbul açıb. Seçilən iştirakçılar təqaüd qazanacaq və beynəlxalq FMCG şirkətinin Təchizat Zənciri (Supply Chain) komandasında təcrübəli mütəxəssislərlə birlikdə çalışacaqlar. Proqram yeni nəsil qadın mühəndisləri yetişdirmək məqsədi daşıyır.
Kimlər müraciət edə bilər?
Bakalavriat və ya magistraturanın son kursunda oxuyan qız tələbələr. İxtisas aşağıdakı mühəndislik sahələrindən biri olmalıdır:
- Avtomatika, mexanika, elektrik və elektronika mühəndisliyi
- İnformasiya texnologiyaları
- Neft-qaz, qida, materiallar, sənaye və energetika mühəndisliyi
- Cihazqayırma, mexatronika və robototexnika
- Mühəndislik biznesinin idarə edilməsi
Tələblər
- Təchizat zənciri sahəsində uzunmüddətli karyera qurmaq istəyi
- Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək
- Analitik və tənqidi düşüncə
- Komandada işləmək bacarığı
CCI-də səni nə gözləyir?
- Beynəlxalq iş mühiti: CCI 12 ölkədə fəaliyyət göstərir, 10 000-dən çox əməkdaşı var
- Bərabər əmək haqqı prinsipi. CCI EQUAL-SALARY qlobal sertifikatı alan şirkətlərdəndir.
- Rəqəmsal öyrənmə imkanları və liderlik tədbirlərində iştirak
- Komanda ruhunu gücləndirən tədbirlər və sosial klublar
CCI 2030-cu ilə qədər yeni işə qəbul olunanların 35%-nin, rəhbər vəzifələrin isə 40%-nin qadınlardan ibarət olmasını hədəfləyir. Bu proqram da həmin hədəfin bir hissəsidir.
Necə müraciət etməli?
Müraciət CCI-nin rəsmi karyera saytında qəbul olunur: müraciət səhifəsinə keçid. Səhifədə “Apply now” düyməsini basıb formanı doldurun.
Tövsiyə: Müraciət ingilis dilindədir, ona görə CV-ni də ingiliscə hazırla. CV-də kurs layihələrini, laboratoriya işlərini və istehsalat təcrübəni qeyd et. “Supply Chain” anlayışı ilə əvvəlcədən tanış olsan (planlama, satınalma, logistika, anbar), müsahibədə özünü daha inamlı hiss edəcəksən.
Lazım olan kitabı ucuz tap
Universitetinin tələbələrindən ikinci əl kitab al və ya istifadə etmədiyin kitabı sat.
