ShelfEduShelfEdu
Bütün yazılar

4SİM tələbə və yeni məzunlar üçün 3 aylıq təcrübə proqramı elan edir: son tarix 27 noyabr

4SİM data analitikası, kontent, tədqiqat, HR və digər istiqamətlər üzrə 3 aylıq hibrid təcrübə proqramına qəbul elan edir. Sonda sertifikat. Son tarix — 27 noyabr.

4SİM tələbə və yeni məzunlar üçün 3 aylıq təcrübə proqramı elan edir: son tarix 27 noyabr

Rəqəmsal iqtisadiyyat sahəsində real layihələrdə iştirak etmək istəyirsən? İqtisadiyyat Nazirliyinin tabeliyindəki Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tələbə və yeni məzunları 3 aylıq təcrübə proqramına dəvət edir. Son müraciət tarixi 27 noyabr-dır.

Hansı istiqamətlər üzrə?

  1. Data analitikası: Power BI, Python, Web Scraping, ETL
  2. Layihə hesabatlılığı: layihələrin icrasının izlənilməsi, hesabatların hazırlanması və nəticələrin təhlili
  3. Kontent yaradıcılığı və rəqəmsal marketinq: sosial media kontenti, rəqəmsal kommunikasiya
  4. Tədqiqat və analitika: tədqiqat metodologiyası, analitik təhlil, tədqiqat sənədlərinin hazırlanması (ingilis dili, minimum B2)
  5. Vətəndaş müraciətlərinin idarə edilməsi: güclü ünsiyyət, operativlik, komanda işi
  6. İnsan resursları: şəxsi işlər və HR sənədləri, HR proqramları ilə iş (ingilis dili arzuolunandır)

Bilməli olduqların

  1. Proqram hibrid formada keçiriləcək
  2. Uğurla bitirənlərə sertifikat veriləcək
  3. Seçilən namizədlərə 4SİM tərəfindən bildiriş göndəriləcək

Necə müraciət etməli?

Onlayn müraciət formasını doldur: müraciət formasına keçid.

Tövsiyə: Data analitikası istiqamətini seçirsənsə, Power BI və ya Python ilə etdiyin kiçik bir layihəni (məsələn GitHub linkini) formada qeyd et. Tədqiqat istiqaməti üçün ingilis dili səviyyəni təsdiq edən sertifikatın varsa, mütləq göstər.

Lazım olan kitabı ucuz tap

Universitetinin tələbələrindən ikinci əl kitab al və ya istifadə etmədiyin kitabı sat.